4 İyul 2014 13:05
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı rayonunda qadını döyərək öldürən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 2-də İsmayıllı şəhəri Q.Aslanov küçəsində şəhər sakini Rəbiyyə Talıbovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində R.Talıbovanı taxta parçası ilə döyərək öldürmüş İsmayıllı rayon sakini Elburus Cəbiyev tutulub.

Hacı Zeynalov


Müəllif: