Bakının Səbail rayonunda iki ay əvvəl bıçaqlanma hadisəsi törədən şəxs həbs edilib.
Bu barədə Teleqraf.com-a Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də Taleh Abdullayevə bıçaqla xəsarət yetirən şəxs müəyyən olunub. Taleh Abdullayevin sağlamlığına ağır zərər vuran Bakı şəhər sakini Surac Kərimli tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov