5 İyul 2014 09:30
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə yol qəzası baş verib, yaralanan var.

Teleqraf.com-un Kanal S-ə istinadən verdiyi məlumata görə, qəza Şəkinin Suçma kəndi ərazisində meydana gəlib. Çayqaraqoyunlu kənd sakini Sirəfilov Rövşənin idarə etdiyi VAZ 21099 markalı avtomobil Abdurəhmanov Rafiqin idarə etdiyi motosikleti arxadan vurub.

Nəticədə motosikletin sürücüsü Abdurəhmanov Rafiq, onun oğlu Abdurəhmanov Rahib və yoldaşı Abdurəhmanova Kəmalə xəsarət alıblar.

Yaralılar dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə Abdurəhmanov Rafiq və Abdurəhmanov Rahibin vəziyyətləi orta-ağır, Abdurəhmanova Kəmalənin isə vəziyyəti kafidir.

Faktla bağlı Baş Yol Polis İdarəsində araşdırma aparılır.


Müəllif: