5 İyul 2014 13:53
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İsparta əyalətində ona təcavüz edən kişini öldürəndən sonra başını kəsib meydana atan qadın dünyaya uşaq gətirib. Məhkəmə qızın atasının kimliyini araşdırıb və belə bir qəra gəlib ki, uşağın atası qadına təcavüz edən kişidir.

Arzuolunmaz hamiləlikdən dünyaya gələn qızı anası qəbul etmədiyindən uşağı övlad istəyən ailələrdən birinə veriblər. Şəhadətnamədə uşağa "Elif Sıla" adı qoyulub. Şəxsiyət vəsiqəsində uşağın anası Nevin Y. atası isə İsmail Y. kimi göstərilib. Amma uşağın əsl atası Nurettin Gider olduğu üçün şəhadətnamədə onun adı saxlanılıb.

Qeyd edək ki, iki uşaq anası Nevin Y. onu silahla hədələyib zorlayan iki uşaq atası Nurettin Gideri 28 avqust 2012-ci ildə tüfənglə öldürüb, sonra başını kəsərək kənd meydanına tullayıb.

Ayxan


Müəllif: