5 İyul 2014 17:51
378

Xaçmaz rayonunda quldurluq etmiş dəstənin bir üzvü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, iyulun 3-də Xaçmaz rayonu, Nərəcan kəndində Qələmnaz Bədəlovanın yaşadığı evə girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər onu döyərək evdən 3000 manat, qızıl və ev əşyaları aparıb.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri - Nərəcan kənd sakini, əvvəllər məhkum olunmuş Rüstəm Qeybullayev tutulub.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: