7 İyul 2014 10:42

Ötən gecə Xaçmaz rayonu Nabran qəsəbəsində yol polisi reyd keçirib.


Yoxlamalar zamanı yol hərəkət qaydalarını pozan 70-ə yaxın sürücü barədə protokol tərtib edilib.

Qayda pozan sürücülərin əksəriyyəti sükan arxasında içkili olublar. Yoxlamalar zamanı, bəzi sürücülərlə polis əməkdaşları arasında qarşıdurma yaranıb. Polisə tabe olmayan sürücülər saxlanaraq şöbəyə aparılıb.

Qeyd edək ki, reyd davam edəcək.

/ans press/


Müəllif: