7 İyul 2014 10:43
1 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Səbail rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, hadisə Badamdar qəsəbəsində 3-cü massivdə qeydə alınıb. Sabirabad rayon sakini, 1994-cü il təvəllüdlü Gültəkin Orucova özünü yaşadığı evdə asaraq ölüb.

Araşdırmalar zamanı Gültəkin Orucovanın nişanlı olması müəyyən olunub. 20 yaşlı qız nişanlısını başqa bir qızla gəzməsini bilib. Bundan əsəbləşən Gültəkin Orucova özünü asıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: