7 İyul 2014 11:15
1 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun rayonu, Zabrat qəsəbəsi Nizami küçəsi ev 14 ünvanında qeydə alınıb. Naməlum şəxs həmin evin 14-cü mənzilində yaşayan 1984-cü il təvəllüdlü Andrey Sibizova bıçaqla xəsarət yetirib.

Andrey Sibizov aldığı xəsarətdən evində ölüb. Hadisəni münaqişə zəminində törətmiş Kürdəmir rayon sakini Orxan Mehdiyev tutulub.

Hacı Zeynalov


Müəllif: