7 İyul 2014 11:19
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Abşeron rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Masazır qəsəbəsinin ərazisində qeydə alınıb. Bakı şəhər sakini Rəşad İsmayılov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən həmyerlisi Rövşən Nişatiyevi vurub.

R.Nişatiyev hadisə yerində ölüb.

Hacı Zeynalov


Müəllif: