7 İyul 2014 14:13
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada axtarışda olan şəxs "ASAN xidmət" mərkəzində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Xətai Novruzov Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində ("ASAN xidmət") saxlanılıb.

X.Novruzov Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə təhvil verilib.

/trend/


Müəllif: