7 İyul 2014 15:17
1 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suraxanıda 27 yaşlı gənc su çəninə düşərək ölüb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1987-ci il təvəllüdlü Pərviz İsmayıl oğlu Qasımov yaşadığı evin həyətində hündürlüyü təxminən 2 metr, içərisi su ilə dolu olan su çəninə düşüb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə P.Qasımovu su çənindən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər.

İlkin müayinə nəticəsində vətəndaşın öldüyü müəyyən olunub.

/trend.az/


Müəllif: