7 İyul 2014 17:24
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göygöl sakinini hədələyərək ondan pul istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayon sakini Ramil İsmayılovu barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyərək ondan 600 manat alarkən Bakı şəhər sakini Emin Allahverənov və Masallı rayon sakini Əlizamin Abiyev yaxalanıblar.

/apa/


Müəllif: