7 İyul 2014 17:48
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən İlqar Məmmədovun məhkəməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsinin ərazisindən qəsəbə sakini Elnur Ağayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini İlqar Məmmədov tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyulun 14-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: