7 İyul 2014 17:52
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda axtarışda olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Xətai Novruzov Azərbaycan Respublikası Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində saxlanılıb. O, Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə təhvil verilib.

Hacı Zeynalov


Müəllif: