8 İyul 2014 11:06

Bakının Səbail rayonunda çimərlikdə meyit tapılıb.

Bu barədə Teleqraf.com-a Səbail rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, 50 yaşında olan kişinin meyiti Şıx çimərliyində aşkar olunub. Meyit şişmiş vəziyyətdə olduğundan tanınmaz haldadır. Onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

İlkin məlumata görə, həmin kişinin intihar etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: