8 İyul 2014 11:32
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda törədilmiş qətlin digər iştirakçısı həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 7-də Zabrat qəsəbəsi Nizami küçəsində yaşayan, 1984-cü il təvəllüdlü Andrey Sibizov naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Sabunçu rayon Polis İdarəsinin 15-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Kürdəmir rayon sakini 1992-ci il təvəllüdlü Orxan Mehdiyev tutulub. Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, cinayətin digər iştirakçısı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Pərvin Qocayev də ələ keçib.

Hacı Zeynalov


Müəllif: