8 İyul 2014 11:39
1 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda şadlıq sarayından oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 6-na keçən gecə, Binəqədi şossesində yerləşən "Banu çiçək" şadlıq sarayının inzibatçısı Bakı şəhər sakini Nurlan Məmmədovun otağından, seyfi sındırmaqla 6 min manat oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1992-ci il təvəllüdlü Elnur İsmayılov və Sabirabad rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Atamoğlanov tutulub, onlardan oğurladıqları pulun 1500 manatı maddi sübut kimi götürülüb.

Hacı Zeynalov


Müəllif: