8 İyul 2014 11:55
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ev 9-un qarşısında qeydə alınıb. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Böyükağa Nahid oğlu Zahidov naməlum şəxs tərəfindən bıçaqlanıb.

O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Böyükağa Zahiodova tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması üçün əməliyyat-axtarış tədbirləri görülür.

Hacı Zeynalov


Müəllif: