23 Aprel 2014 13:24
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Mirazad Mirəliyev münaqişə zəminində həmyerlisi Mürvət Cəfərovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən şəxs həbs edilib. Hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: