23 Aprel 2014 13:33
484

Bakının Nizami rayonunda parkda ölüm hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun H.Əliyev prospektində yerləşən parkda qeydə alınıb. Bakı şəhər sakini Mövlüd Kazımov parkda gəzişən zaman dünyasını dəyişib. İlkin müayinədən sonra onun infarkt keçirərək dünyasını dəyişməsi müəyyən olunub.

Hacı Zeynalov


Müəllif: