8 İyul 2014 19:02
1 972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində bir ailənin dörd üzvünün bıçaqlanmasının təfərrüatları məlum olub. Mingəçevir şəhər Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə qız üstündə baş verib.

Fərid Hasilov yenicə hərbi xidmətdən qayıdıb. Onun ailə üzvləri qonşuluqda Fərid Hasilovun sevdiyi qıza elçi gediblər. Hasilovların elçiliyi uğursuz olub və onlara qız verilməyib. Fərid Hasilov qardaşı Cavid Hasilova, dostu Elnur Əzimov və anası Amaliya Həsilova ilə birlikdə məsələyə aydınlıq gətirmək istəyib. Bu zaman onlar Fəridin sevdiyi qızın qohumu Zaur Rəsulovla qarşılaşıb və onların arasında mübahisə yaranıb. Qonşuların mübahisəsi sonradan davaya çevrilib. Nəticədə cinayət hadisəsi baş verib.

Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Zaur Rəsulov həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, Oğuz rayon sakini Zaur Rəsulov həmyerliləri Elnur Əzizov, Fərid Hasilov, onun anası Amaliyaya və qardaşı Cavidi bıçaqlayıb. Zaur Rəsulov cinayəti törədəndən sonra hadisə yerini tərk edib.

Hadisə zamanı xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onların həyatını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif: