9 İyul 2014 14:57
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında Bakı-Qazax yolunun 209-cu kilometrliyində, Ucar rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib.

Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hadisə Yeniyol kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Qazel” markalı yük maşını ilə yanacaq daşıyan yük maşını toqquşub. Nəticədə yanacaqdaşıyan yük maşını aşıb və alışıb. Alov qısa zaman içərisində toqquşduğu avtomobilə də keçib.

Qəza nəticəsində “QAZel”də olan iki nəfər yanaraq ölüb. Hadisə yerinə çağırılan xilasedicilərin köməyilə yanacaqdaşıyan avtomobilin sürücüsü maşından çıxarıla bilib. Onun da ağır yaralandığı bildirilir. Bədəninin çox hissəsi yanan sürücü dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

/ans press/


Müəllif: