9 İyul 2014 17:49
2 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dəhşətli cinayət baş verib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, İstanbulda yaşayan 19 yaşlı Kamal A. həftə sonu gəzməyə gəldiyi Sapanca bölgəsində, meşədə 19 yaşlı nişanlısı Nuriyyə T.-nı bakirə olmadığı üçün kəsici bir alətlə öldürüb və cəsədini basdırıb.

Cinayət Kamal A.-nın dünən axşam polisə gedib günahını etiraf etməsiylə ortaya çıxıb. Şübhəlinin ifadəsindən sonra Sapanca meşəsində onun dediyi yerdə qazıntı aparılıb və talehsiz qızın al qana boyanmış cəsədi tapılaraq İstanbul Ədliyyə Tibb Qurumuna göndərilib.

Kamal A. bildirib ki, bir müddət əvvəl nişanlanlandığı Nuriyyə T. ilə bazar günü Sakaryaya gəzməyə gediblər. Meşədə gəzərkən nişanlısının bakirə olmadığını öyrənincə o, özünü itirərək qızı öldürüb və meşəyə basdırıb:

"Bir müddət idi ki, bərabərdik. Bazar günü İstanbuldan gəzmək üçün Sakaryaya gəldik. Meşədə gəzərkən onun qız olmadığını öyrəndiyim və özümü itirdim. Nə etdiyimi bilmirəm. Özümə gəldiyimdə əlim, üzüm qan içərisində idi. Sonra onu meşəlik sahədə çuxurda basdırıb qaçdım və İstanbula gəldim. İki gün onu yuxuda gördüm bəndan sonra polisə gəlib təslim oldum".

Bu ifadədən sonra İstanbuldan cinayət barədə Sakarya polisinə məlumat verilib. Səhər saatlarında polis və prokurorluq işçiləri şübhəlinin ifadəsi əsaslnda ərazidə araşdırma aparıb və torpağın bir neçə metr dərinliynidən Nuriyyə T.-nin cəsədi tapılıb.

Faktla bağlı cinayət işi açılıb.

Nihad


Müəllif: