10 İyul 2014 10:17
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonununda yaşayış evində yanğın olub.

Teleqraf.com-un xəbərinə görə, yanğın hadisəsi Mehdiabad qəsəbəsində qeydə alınıb.

Qəsəbənin Aşıq Ələsgər küçəsində yerləşən ikimərtəbəli ev yanıb. Yanğın evin ikinci mərtəbəsində başlayıb və həmin mərtəbədəki 5 otağı əhatə edib. Yanğın barədə Fövqəladə hallar Nazirliyinin “112” qaynar telefon xətinə məlumat verilib. Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Abşeron və Binəqədi Rayon Hissələrinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə İdarəsinin Abşeron və Binəqədi Rayon Hissələrinin briqadaları yanğının qarşısını alıb. Yanğın nəticəsində 5 otaqdakı bütün ev əşyaları yanıb. Eyni zamanda ev sahibinin 85 min manatı külə dönüb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: