10 İyul 2014 10:44
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonununda ağır yol nəqliyyat hadisəsi baş verib.

Masallı rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Ələt-Astara yolunun 164 km-də, Masallı rayonu ərazisində qeydə alınıb.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Allahverdi Qəhrəmanovun idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə qəza törədib. O, qarşıdan gələn avtomobillə toqquşub.

Nəticədə Allahverdi Qəhrəmanov və onun sərnişini, Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Malik Hüseynov xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: