10 İyul 2014 11:06
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Xiyabani küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Turan Qasımov idarə etdiyi “Opel” markalı avtomobillə 1935-ci il təvəllüdlü Mamaxanım Bağırovanı vurub.

Nəticədə Mamaxanım Bağırova xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: