10 İyul 2014 11:27
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda ticarət mərkəzində soyğunçuluq hadisəsi törədilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, iyulun 9-da paytaxtın Qara Qarayev prospektində yerləşən ticarət mərkəzində piştaxtanın üzərindən Bakı şəhər sakini Lalə Nəbiyevaya məxsus içərisində 200 manat və ev açarları olan pul kisəsi oğurlanıb.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Qusar rayon sakini 1973-cü il təvəllüdlü Səmayə Vəlibəyova tutulub.

Hacı Zeynalov


Müəllif: