10 İyul 2014 13:08
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmətin 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan şəxs Samir Xanbala oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş atası Xanbala Hacıbala oğlu İsmayılovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı onun üzərində “Rulet klubnika” sözləri yazılmış kətənin içərisində gizlədilmiş 1 (bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: