10 İyul 2014 14:12

Astara rayonununda güllənmə hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ərçivan kəndində qeydə alınıb. Kənd sakini Teymur Baxşıyev münaqişə zəminində ov tüfəngindən atəş açaraq həmkəndlisi Ruslan Şahverdiyevə ayaq nahiyəsindən xəsarət yetirib.

Astara rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Baxşıyev tutulun, hadisən törədərkən istifadə etdiyi tüfəng, habelə 1 ədəd patron götürülüb.

Hacı Zeynalov


Müəllif: