10 İyul 2014 14:36
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda poçtdan oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 26-da Qaracəmirli kənd poçtundan 1812 manat oğurlamış kənd sakinləri Elvin Babayev və Elçin İsmayılov tutulublar.

Hacı Zeynalov


Müəllif: