10 İyul 2014 18:13
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Nahid Mirmehdi oğlu Ağayevin yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Mübariz Vaqif oğlu Qasımovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı 2 ədəd quru balığın içərisində gizlədilmiş, 7 ədəd sellofana bükülmüş xalis çəkisi 13.171 qram olan narkotik vasitə “Heroin” aşkar edilib.

Nahid Ağayev Cinayət Məcəlləsinin 206.2; 234.4.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: