11 İyul 2014 11:15
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailand polisi 13 yaşlı qızı zorlayıb öldürən 22 yaşlı vaqon bələdçini həbs edib.

Surattani vilayətindən paytaxt Bankoka bacıları ilə birgə qatarla qayıdan 13 yaşlı Nonq Kaem yoxa çıxıb. Dünən isə Pranburi vilayəti ərazisində, dəmiryol yaxınlığında qızın meyidi tapılıb.

Hadisə vaxtı qızın üstündə olan iPhone telefonu itib. Polis telefondan gələn zəngləri izləyib. Zəngin telefon dükanlarından birindən edildiyi aşkarlanıb. Telefon dükanının sahibi deyib ki, iPhoneni ucuz qiymətə gənc bir oğlandan alıb. Qanuna görə, dükan sahibi onun pasportunun nömrəsini qeydiyyat dəftərçəsinə yazıb. Məlum olub ki, telefonu satan yəxs qətlə yetirilmiş qızın gəldiyi qatarın bələdçisi Vançay Saenqaodur.

Şübhəli şəxs qismində istintaqa cəlb edilən müttəhim sonradan hər şeyi etiraf edib.

O, hadisə günü digər bələdçilərlə pivə içdiyini deyib. Gecə isə Naonqun yatdığı kupeyə daxil olub. Qızcığaz yatmış vəziyyətdə olub. Vançay əli ilə onun boğazından tutub boğub ki, səsi çıxmasın. Sonra isə zorlayıb. Hadisə vaxtı qızın 2 yaşca böyük bacısı da kupedə olub. Ancaq yuxudan ayılmayıblar. Zorlanmış qız boğulduğundan səs çıxarmağa macal tapmayıb. Sonra bələdçi qızın meyidini qatardan tullayıb.

Bələdçi dindirmə zamanı həmçinin analoji iki zorlama faktını da etiraf edib. Baş vermiş hadisə ölkədə böyük rezonans doğulub. Çoxları bu cür cinayətlərə görə ölüm cəzasının bərpasını tələb edir. Hazırda Tailand qanunlarına görə, bələdçiyə yalnız 20 il azadlıqdan məhrum etmə cəzası düşür.

/publika.az/


Müəllif: