23 Aprel 2014 17:00
702

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb.

Ucar rayon sakini, 1993-cü il təvəllüdlü Yusif Məmmədov bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Yusif Məmmədov Azərbaycan Dövlət Aqrar Universitetinin 3-cü kurs tələbəsidir.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: