11 İyul 2014 11:45
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda dələduzluq edən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 8-də Bakı şəhər sakini Məhluqə Balakişiyeva Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinə ərizə ilə müraciət edib. O, qeyd edib ki, həmin gün Binə qəsəbəsinin ərazisində naməlum şəxs tərəfindən aldadılaraq “Kapital” banka məxsus bankomatdan 200 manatının çıxarılıb.

Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğun Binə qəsəbə sakini Qüvvət Əliyev tərəfindən törədilməsi müəyyən edilib. O, həbs edilib.

Hacı Zeynalov


Müəllif: