11 İyul 2014 11:47
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda bir ailənin 6 üzvü qidadan zəhərlənib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 10-da Bərdə rayonu Əyricə kəndində kənd sakini Ələkbər Nəbiyevin evində qızları Sevinc, Samirə, Aytac, habelə qardaşının qızları Buluza və Əsmər qidadan zəhərlənib. Onlar xəstəxanaya gətiriliblər.

İlkin məlumata görə, onlar paytaxt salatından zəhərləniblər.

Hacı Zeynalov


Müəllif: