11 İyul 2014 12:10
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər sakinin evindən xeyli sayda silah-sursat aşkar olunub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Gəncə şəhər sakini Zahid Cəbrayılov evinin çardağından 2 ədəd qumbara, 80 ədəd müxtəlif çaplı patron, 3 ədəd tüstüverici şaşka və 2 ədəd patron darağı tapıb.

O, tapdığı silah-sursatı könüllü olaraq Kəpəz rayon Polis İdarəsinə təhvil verib.

Hacı Zeynalov


Müəllif: