11 İyul 2014 19:07
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 34 yaşlı qadın köməksiz vəziyyətdə qalıb.


FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzilə baxış keçirilərkən Natavan Telman qızı Əliyeva hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Əliyevanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

/ans press/


Müəllif: