11 İyul 2014 22:01
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrikadan olan iş adamı gey olmadığını sübut etmək üçün kişinin ürəyini çıxardıb onun gözləri qarşısında yeyib. Otuz beş yaşlı Endrü Çimboza törətdiyi hannibal xarakterli cinayət hadisəsini etiraf edib.

Polisin verdiyi məlumata görə o, altmış iki yaşlı Mbuyeslo Manonanı müdafiə zəminində qətlə yetirdiyini deyir. Sorğu-sual zamanı Endrü deyib: “Mən onun yanında oturmuşdum, bıçağı sinəsinə sancıb, ürəyini götürüb hissələrə parçalayaraq yedim. Tanımadığım insanın ürəyini yeməkdə məqsədim ona gey olmadığımı sübut etmək idi. Onun ölü olduğunu gördükdən sonra ürəyini yeməyi dayandırdım”. Maraqlısı budur ki, ürəyi yerindən qoparılan insan bir neçə saniyə sağ olub və bu “nahara” öz gözləriylə şahid olub.

Hadisə iyulun 10-u baş verib və Manona pəncərə boyası biznesi ilə məşğul olan Çimbozaya müştəri kimi ona yaxınlaşıb, lakin aralarında mübahisə yaranıb və o, Çimbozaya “gey” deyib. Bu ifadədən qəzəblənən Çimboza gey olmadığını sübuta yetirmək fikrinə düşüb.

/publika.az/


Müəllif: