12 İyul 2014 17:09
4 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhəri Atatürk porspekti kvartal 247, bina 1 ünvanında bu günlərdə baş verən cinayət hadisəsi haqqında məlumat vermişdik. Binanın sakini Faya adı ilə məşhur olan, qətlə yetirilən qadın ən ucuz ödənişli seks xidməti göstərməklə yanaşı, hətta azyaşlıları da yoldan cıxarmaqla məşğul olurmuş.

Bu barədə sözügedən ünvanın sakinləri məlumat verib. Sakinlərin dediyinə görə, ümuiyyətlə bu yataqxana əxlaqsızlıq yuvasıdır. Yataqxananın qarşısında daima oturan Tamara adlı (ad şərtidir) bir qadın gələn insanlara qız var deyə seks xidməti təklif edir.

Bundan bashqa yataqxananın həyətində yerləşən qarajda da başqa bir qadın tərəfindən bu cür xidmətlər təklif edilir. Ən dəhşətlisi isə budur ki, həmin ərazinin yaxınlığında 18 saylı məktəb yerləşir. Məktəbin yuxarı sinif şagirdləri də bu qadınların “tabeçiliyində” olan fahişələrin intim xidmətindən tez-tez istifadə edirlər. Bu xidmətlər burada cox ucuz, təxminən 3 -5 manat civarında olduğundan, ümumiyyətlə şəhərin başqa məktəblərindən də bura bakirəliyini itirmək üçün gələn yeniyetmə oğlanların sayı durmadan artır.

Sakinlərin dediyinə görə ətrafda yaşayan şəxslərdən bəziləri məhz bu vəziyyətə görə mənzilini satmağa məcbur olur. Bura Gəncənin mərkəzi yerlərindən sayılır. Amma vəziyyəti belə görən digər binalarda yaşayan sakinlər övladlarının əxlaqından narahat olaraq buradan köçüb getməyə üstünlük verirlər.Sakinlər qeyd edirlər ki, hətta evimizə bir qonaq gələndə belə onlara da bu cür xidmətlər təklif edilir. Lap biabr olmuşuq.

Şikayətçilər məsələ ilə bağlı dəfələrlə Gəncə şəhər Baş Polis İdarəsi Nizami rayon Polis Şöbəsinə müraciət etdiklərini də söyləyiblər. Müraciətdən sonra “mamarozalar” şöbəyə çağırılıb və heç nə olmamış kimi sərbəst buraxılıb. Artıq belə vəziyyət 10-15 ildir davam edir. Hətta bəzən elə olur ki, gecə vaxtı müştərini təkləyib döyüb, pulunu əlindən alırlar”. Maraqlı məqamlardan biri də budur ki, sözügedən Tamara həmin binada yaşamır və bu əraziyə ancaq “iş” üçün gəlir. Sakinlərlə söhbətdən məlum oldu ki, bu yaxınlarda yataqxanada intihar hadisəsi baş vermiş və Təmas Regional inkişaf ictimai birliyinin əməkdaşları intihar edən qadının nəvələrini sığınacağa yerləşdirmişlər. O hadisədən sonra yataqxanada baş verən zorakılıq qurbanları bu təşkilata müraciət edirlər. Elə bu məsələ ilə də bağlı da müraciət edib onlar üçün ambusmana ərizə yazılması üçün kömək etmələrini xahış ediblər.

Məsələ ilə bağlı adıçəkilən birliyin sədri Südabə Məmmədova sakinlərin söylədiklərini təsdiqləyib: Südabə xanım bildirib ki, həmin ünvanda iki yataqxana var. Bu yataqxanalardan biri xalça, digəri toxuculuq fabrikinin yataqxanasıdır. Eşitdiklərimə əsasən deyə bilərəm ki, bu ərazinin sakinləri hələ illər öncə də eyni problemdən əziyyət çəkib. Ona görə də bu binalarda və yaxın ətraflarda mənzillərin qiyməti çox ucuzdur. Hətta deyilənlərə görə yaxın ərazidə vaxtilə cinsi azlıqların belə öz xidmətlərini təklif etdikləri bir yer var imiş. Bİz ödənişli seks xidməti təklif edən qadınlarla müəyyən unsiyyət qurmağa cəhd edərək, problemin kökünü axtarmağa çalışmişiq. lakin ne qədər təzadlı görünsə də, məhz bu yataqxanada özlərinin dediyinə görə fahişələr əxlaqsızlıqla məşğul olmur. Məhz çörəyə çıxırıq deyə özlərinə haqq qazandırırlar.Yəni bu qadınların çörək və fahişəlik kimi qəribə bir həqiqətləri var. Əslində onlar vaxtilə zorakılığa məruz qalmış və cox gənc yaşlarından fahişəliyə cəlb olunan qadınlardır. Yəni bu onların həyat tərzidir .

QHT sədri onu da bildirib ki, aparılan müşahidələr nətucəsində ən dəhşətlisi budur ki, yataqxanada antisanitariya hökm sürür. Fahişələr arasında müxtəlif dəri zöhrəvi xəstəliklərin və hətta hepatit və digər virusların daşıyıcıları da var. Və həqiqətən də bu xidmətlərdən məktəblilər istifadə edir. Nəticədə artıq bütöv bir nəslin xəstəlik daşıyıcısı olması ilə yanaşı, yeniyetmələrin həyatı üçün çox böyük bir təhlükə yaranır.

Eyni zamanda bu qadınların özləri də mütəmadı şəkildə öz müştəriləri tərəfindən də döyülərək zorakılığa məruz qalırlar və biz dəfələrlə bu barədə müraciətlər almışıq. Eslində burada bir qrup qadinin cinsi istismarından sohbet gedir.Və biz bu barədə artıq müəyyən qurumlara xəbər verməyi planlaşdırırıq. QHT rəhbəri onu da qeyd etdi ki, aldığı məlumata görə sözügedən yataqxanaların tezliklə söküləcəyi nəzərdə tutulur.

/aznews.az/


Müəllif: