14 İyul 2014 10:58
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonu ərazisində yerləşən oteldən oğurluq edən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonun Dərnəgül yolunda yerləşən “Elite” otelində baş verib. Bakı şəhər sakini Qurban Osmanova məxsus içərisində 225 manat və qızıl üzük olan kisə oğurlanıb.

Polis əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı hadisənin Bakı şəhər sakini Rəşvin Əliyev tərəfindən törədilməsi müəyyən edilib. Rəşvin Əliyev tutulub.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: