14 İyul 2014 12:47
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Sumqayıt şəhər sakini Pərviz Heydərovun idarə etdiyi “İsuzu” və Bakı şəhər sakini Pünhan Ağayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. P.Ağayev və sərnişinləri - Bakı şəhər sakinləri Şahnaz Əhmədova, onun qardaşı Elmar hadisə yerində ölüb, anası Könül Əhmədova, habelə P.Heydərov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: