14 İyul 2014 12:56
851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda baş verən yol qəzasında ölən və yaralananlar var.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Ağbaş kəndinin ərazisində qeydə alınıb. Füzuli rayon sakini Vəfali Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Vəfalı Hüseynov hadisə yerində ölüb, sərnişinləri - Bakı şəhər sakinləri Mahmud Qubadov, Cəsarət Allahverdiyev və Məhəmmədəli Müslümov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şabran rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: