14 İyul 2014 13:21

Ağstafa rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törədən sürücü həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü müəyyən olunub. Bu, Ağstafa şəhər sakini Rauf Niyazovdur. O, həbs edilib.

Hacı Zeynalov


Müəllif: