14 İyul 2014 14:21
863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki Penitensiar müəssisəsinə mobil telefon keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Şəki Penitensiar müəssisəsinin İstintaq təcridxanasında həbsdə saxlanılan şəxs Elsevər Elçin oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bibisi Nigar İman qızı Nuriyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Sim” danışıq kartı aşkar edilib. Elsevər Quliyev Cinayət Məcəlləsinin 126.2.1 maddəsinə əsasən həbs edilib.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: