14 İyul 2014 14:48
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Səhiyyə Nazirliyi Hacıqabulda abortdan, Qazaxda isə doğuşdan sonra sonra dünyalarını dəyişən qadınlarla bağlı rəsmi məlumatını açıqlayıb.



Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, iyulun 14-də Hacıqabul Mərkəzi Rayon Xəstəxanasında 24 yaşlı Əzizova Əsmər bir necə gün əvvəl etdirdiyi abortdan sonra dünyasını dəyişib.
Abortdan sonra səhhəti kəskin pisləşmiş Ə.Əzizova xəstəxanaya da çox gec - vəziyyəti pisləşdikdən 5 gün sonra kritik ağır vəziyyətdə gətirilib. Onun müalicəsi üçün Bakıdan mütəxəssislər cəlb olunub. Lakin aparılan müailicə tədbirlərinin təsiri olmayıb və qadın dünyasını dəyişib.

A.Qədirli bildirib ki, Qazaxda isə 20 yaşlı Bayramova Şəhla iyulun 13-də birinci doğuşundan sonra dünyasını dəyişib. Doğuş rayonun Daşsalahlı kəndindəki həkim məntəqəsində həyata keçirilib. Doğuşdan sonra onun vəziyyəti pisləşdiyindən Qazax Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ş.Bayramova atonik qanaxma nəticəsində dünyasını dəyişib.
A.Qədirli qeyd edib ki, hazırda hər iki hadisə ilə bağlı tibbi ekspertiza işləri aparılır və hadisənin baş vermə səbəbləri müəyyənləşdirilir.

Bu faktlar SN-in Doğuşayardım komissiyası tərəfindən araşdırılır.


Müəllif: