14 İyul 2014 15:10
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən 55 yaşlı məşhur “qanuni oğru” Qennadi Mixaylov dünyasını dəyişib.

Alınan məlumata görə o, Moskvada yerləşən həbsxanaların birində ölüb. Kriminal aləmdə “Qena Soleni” ləqəbi ilə tanınan bu şəxs sonuncu “klassik oğru” hesab edilirdi.
O, 1979-cu ildən azadlığa çıxmadan həbsdə olub. 1987-ci ildə Zlatousta həbsxanasında bütün ənənələrə əməl olunmaqla “oğru” adı ilə “taclandırılıb”.

1993-cü ildə zabit öldürməyə görə ömürlük həbsə məhkum edilib. Brejnev vaxtlarından həbsxanada saxlanılan Soleni öz “oğru” təmizliyini qoruya bilib. O heç vaxt təsir dairələri bölgüsündə iştirak etməyib və azadlıqda olan “oğru” qardaşları arasında nə baş verdiyini də anlaya bilməyib.

Qeyd edək ki, Soloni cəzasını Voloqod “pyataka”sında çəkib. Buradakı ən ağır şərtlərə baxmayaraq sona qədər məhkumlar üçün də adminstrasiya üçün də oğru olaraq qalıb. Əfv etmək haqqında Soloninin yaxınlarının bütün xahişləri də cavabsız qalıb. Belə ki, Solonidən oğru səlahiyyətlərini üzərindən atmaq tələb olunub. O isə bununla razılaşmayıb.

/aznews/


Müəllif: