14 İyul 2014 18:08
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirli biıinən Əbülfəz Məmmədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Binəqədi rayonu Sulutəpə qəsəbəsi Çiçək yaşayış massivində 28 yaşlı Əbülfəz Məmmədov həyat yoldaşı Günel Məmmədovanı öldürüb.

İstintaq araşdırması zamanı müəyyən olunub ki, ər-arvad arasında mübahisə yemə üstündə yaranıb. Günel ərinə boyat yemək verməsi mübahisəyə səbəb olub. Bundan əsəbiləşən ər həyat yoldaşını döyüb. Yaralı ağır vəziyytədə xəstəxanaya yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

İstintaqa verdiyi ifadəsində Əbülfəz Məmmədov hadisə günü spirtli içki qəbul edərək evə gəldiyini bildirib. Onların birgə nigahlarından 1 yaşında azyaşlı uşaqları var.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Əbülfəz Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: