14 İyul 2014 18:13
787

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirli bilinən Zahir Əsədovun məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, bu il yanvarın 15-də, Nərimanov rayonu Ağa Nemətulla küçəsində Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zahir Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 1961-ci il təvəllüdlü Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq öldürüb.

Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Zahir Əsədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: