19 Aprel 2017 11:30
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin 3 ayı ərzində ölkədə narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları 910 fakt aşkar edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan Teleqraf.com-a verilən məlumata görə, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 328 kq 780,336 qr müxtəlif növ narkotik vasitə müsadirə olunub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə 639 nəfər cəlb edilib ki, onlardan 1-i 18 yaşadək, 57-i 18-25 yaşadək, 87-i 26-29 yaşadək, 494-ü 30 yaşdan yuxarı,7-i fəhlə, 1-i qulluqçu və ya maddi məsul şəxs, 578-i işləməyən,630-u kişi, 9-u qadın,7 nəfəri isə xarici ölkə vətəndaşları olub.

Onlardan da ümumilikdə 5 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Əcnəbilərdən 1-i İran İslam Respublikası, 3-ü Gürcüstan, 3-ü isə Rusiya Federasiyası vətəndaşı olub.

İlhamə ƏBÜLFƏT


Müəllif: