19 Aprel 2017 15:33
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevda Qəhrəmanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Sevda Qəhrəmanova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Səbail rayonunda yerləşən Mərkəzi Univermaqda (MUM) qızıl alğı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

Araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.

Sevda Qəhrəmanova Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: